"İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

"Sumqayıt Xovlu İplik" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzdində fəaliyyət göstərən "İplik" fabrikində oğurluq hadisəsi baş verib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, fabrikdən əyirici avadanlığın ehtiyat hissələri, tekstil avadanlığının ehtiyat hissələri, mətbəx avadanlığı, rotor-mühərrik 250 metr uzunluğunda kabel və hər biri 15-20 kq olan 5 ədəd çuqun qapaq oğurlanıb.
ASC-nin rəhbəri Elson Aydınov hüquq-mühafizə orqanlarına müraciətində ASC-yə ümumilikdə 10 000 manatdan çox ziyan dəydiyini bildirib. Araşdırmalar nəticəsində oğurluğu fabrikin gözətçilərinin törətdiyinə əsaslı şübhələr yaranıb. Gözətçilərdən ikisi saxlanılıb və ilkin dindirmə zamanı şbühələr təsdiqini tapıb.
Onlara Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.4 (Oğruluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin onlar barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmə zamanı təqsirləndirilən şəxslər dəymiş ziyanın məbləği ilə razılaşmayıblar. Onların fikrincə, dəymiş ziyan təxminən 1000-2000 manat məbləğində olub.
Məhkəmənin hökmü ilə onlardan birinə 3 il müddətinə, digərinə isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












