İranda qadın 22 ildə 11 dəfə evləndi, ərlərini zəhərləyib öldürdü

İranın Mazandaran vilayətində 56 yaşlı Kolsum Əkbəriyə qarşı 11 nəfəri qəsdən öldürmə və bir nəfəri öldürməyə cəhd ittihamı irəli sürülüb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, prokurorluğun iddiasına görə, Əkbəri 2000-2023-cü illərdə əsasən özündən xeyli yaşlı kişilərlə evlənərək onların mehir pullarını və miras qalan əmlaklarını ələ keçirib, daha sonra qan təzyiqi, şəkər, sakitləşdirici dərmanlar və bəzi hallarda etil spirti qarışığı ilə zəhərləyib. İddia olunur ki, dərman təsir etmədikdə qurbanlarını yastıq və dəsmallarla boğaraq öldürüb. Cinayətlər Sari, Neka, Mahmoudabad, Babol və Qaemşəhr də daxil olmaqla müxtəlif şəhərlərdə baş verib ki, bu da ölüm halları arasında əlaqə qurulmasını illərlə çətinləşdirib.Rəsmi məlumatlara görə, təsdiqlənmiş qurbanlar arasında Mirəhməd Omrani (69), İsmayıl Bəxşi (62) və Qancəli Həmzeyi (83) də var. 2020-ci ildə Məsih Nəmatinin zəhərlənmə cəhdindən sağ qalması ilə cinayətlərin izi sürülməyə başlanıb. Sonuncu qətl - 82 yaşlı Qulamrza Babaeinin ölümü - 2023-cü ildə Əkbərinin həbsinə səbəb olub. Məhkəmədə təqdim edilən rekonstruksiya görüntülərindən sonra Əkbəri cinayətləri etiraf etsə də, öldürdüyü dəqiq insan sayını xatırlamadığını, bunun 13-15 nəfər ola biləcəyini deyib. Onun vəkili psixi durumunun araşdırılmasını tələb etsə də, zərərçəkən ailələr buna etiraz edərək İslam qanunlarına əsasən edam cəzası istəyib. İran ictimaiyyətində böyük rezonans doğuran iş, hətta televiziya serialına mövzu olub. Qurban ailələri isə bu cür ağır hadisənin sosial mediada zarafata çevrilməsindən narahatlıqlarını bildiriblər. Məhkəmənin hökmü bütün iddiaçılar dinlənildikdən sonra açıqlanacaq.
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO
“Audi” Almaniyaya “Audi” idxal edənləri məhkəməyə verdi
Qaranlıqda yolu qaçaraq keçən piyada ölümün bir addımlığından döndü - VİDEO












