İrəvan metrosunda insidentlə əlaqədar 5 əcnəbi saxlanılıb

İrəvan metrosunda xuliqanlıq əməli törətməkdə şübhəli bilinən beş əcnəbi saxlanılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, onlar "Baqrataşen" nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən polis və Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən saxlanılıblar.
"Saxlanılan şəxslər və tərtib edilmiş sənədlər Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsinə təqdim edilib", - birgə məlumatda deyilir.
Qeyd edək ki, fevralın 1-i axşam saatlarında İrəvan metrosunda xarici vətəndaşların iştirakı ilə insident baş verib. Maşinist dispetçerə qeyri-standart vəziyyətin yarandığı barədə məlumat verib - "Zoravar Andranik" stansiyasından "Sasuntsi David" stansiyasına qədər olan yolda bir sərnişin “stop-kran”ı dartıb, daha sonra 4-5 nəfər maskalı şəxs qatara yaxınlaşaraq vaqonları rəngləməyə başlayıb.
Bir neçə dəqiqə sonra maşinistdən yenidən həyəcan siqnalı daxil olub, bu dəfə səbəb həmin şəxslərin qatara daş atmaları və hərəkətinə mane olmaları ilə bağlı olub. Bununla əlaqədar hadisə yerinə əməliyyat qrupu göndərilib və istintaq hərəkətləri nəticəsində icraçıların şəxsiyyəti müəyyən edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












