İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı

Azərbaycanda və xaricdə tikinti fəaliyyəti ilə məşğul olan iş adamı Süleyman Qalibiyyət oğlu Babayev həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumata görə, "Alke İnşaat Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan filialının direktoru və qanuni təmsilçisi olan Süleyman Babayev barəsində Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb. İttihama görə, Süleyman Babayev 2017–2020-ci illər ərzində özünün və işçisi Erkan Mehmet Oğuzun adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə vergi orqanına təqdim etdiyi bəyannamələrdə təhrif olunmuş məlumatlar göstərib, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etməyib. O, təqdim olunan bəyannamələr üzrə ödəniş etməməklə, ümumilikdə 6 794 652,49 manat məbləğində vergi, işsizlik sığortası və məcburi dövlət sosial sığorta haqlarından, həmçinin 783 639,21 manat gömrük ödənişindən yayınmaqda təqsirləndirilir. Məhkəmədə Süleyman Babayev özünü təqsirli bilmədiyini bildirib. Lakin məhkəmə onun ifadəsini cinayət işinin materialları ilə ziddiyyət təşkil edən, özünü müdafiə məqsədilə uydurulmuş və qeyri-səmimi hesab edib. Hökmə əsasən, Süleyman Babayev 3 aprel 2023-cü ildən 19 mart 2025-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 1 il 11 ay 16 gün cəza müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq 5 il 14 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.
Qeyd edək ki, 2023-cü ilin iyul ayına qədər Süleyman Babayev "AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri olub. 2011-ci ildə yaradılmış şirkətin nizamnamə kapitalı 33 014 681 manat təşkil edir və əsas səhmdarı elə Babayevin özüdür. "AKELİK Group” Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filiallara sahib olub və bu ölkələrdə bir sıra tikinti layihələri həyata keçirib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












