İşə düzəltmək adı ilə 6000 manatlıq dələduzluq

İşə düzəltmək adı ilə edilən daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə edilən müttəhimə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Buna qədər müttəhimin üzərində 2 il 6 ay "iş" olub. Həmin cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanıb və müttəhimə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olara 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. İş materiallarından aydın olur ki, Valeh adlı təqsirləndirilən şəxs dostuna onu hüquq-mühafizə orqanlarında işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 6000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Məhkəmə prosesində müttəhim verilmiş ittihamla özünü təqsirli bilib. Həmçinin məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












