İsmayıllıda oğul atasının boğazını kəsdi - YENİLƏNİB

İsmayıllı rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Talıstan kəndi ərazisində küçədə baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovun içki düşkünü olduğu deyilir. Məlumata görə, B.Əzizov hər gün içərək küçədə nalayiq hərəkətlər edir, kənd sakinlərini təhqir edirmiş. Sakinlər bu barədə onun oğluna dəfələrlə məlumat versələr də, B.Əzizovun hərəkətlərinə son qoymayıb.
Dünən axşam saatlarında B.Əzizov yenə içkili vəziyyətdə kənd sakinləri ilə yersiz mübahisə edib. Sakinlər bu barədə yenidən onun oğluna məlumat veriblər. Atasının hərəkətlərindən bezən 1997-ci il təvəllüdlü Kənan Əzizov hadisə yerinə gələrək atasını evə aparmaq istəyib. Həmin vaxt ata oğlunu da küçə söyüşləri ilə təhqir edib. K.Əzizov özü ilə götürdüyü bıçaqla atasına qarın boşluğu və boğazından xəsarət yetirib.
***09:23
İsmayıllıda oğul atasının boğazını kəsməkdə şübhəli bilinir.
Avtosfer.az report-a istinadən xəbər veirr ki, 1994-cü il təvəllüdlü İsmayıllı rayonunun Talıstan kənd sakini Əzizov Kənan Bəhlul oğlu aralarında yaranmış mübahisə zamanı atası, 1968-ci il təvəllüdlü Əzizov Bəhlul Təşkilat oğlunun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqla xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Əzizov Kənan Bəhlul oğlu şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
Qəza törədib hadisə yerindən yayınan “Subaru” sürücüsü saxlanılıdı
Binəqədidə “Opel” yolun ortasında alışıb yandı - VİDEO
Həbsdə olan sabiq "Formula-1" pilotunun 9 avtomobili oğurlandı
Avtomobilində ölü tapılan direktor kimdir? - DOSYE
Suraxanıda maşından telefon, marketdən lotoreya oğurlayanlar SAXLANILDI
Xırdalanda “Range Rover”in şüşələri və işıqları sındırıldı
Azərbaycanda vəzifəli şəxs avtomobilində ölü tapıldı - FOTO - YENİLƏNİB
Soyuq havada avtomobildə qalan qazlı içki donaraq partladı; salon yararsız hala düşdü - VİDEO
Elşad Xose həbs edildi











