İstanbul Hava Limanında azərbaycanlıların baş çəkmədiyi məkan - FOTO

İstanbul Aeroportu sərnişin sayına və uçuş coğrafiyasına görə dünyanın ən böyük hava limanları arasında yer alır. 7660 hektar ərazisi olan obyekt sahəsinə görə bəzi dövlətlərdən böyükdür. Hava limanının işi kifayət qədər yaxşı qurulub və dayanmayan sərnişin axınına rəğmən, xaos yaranmır.
Aeroportun pasport nəzarətindən sonrakı hissəsində də sərnişinlərin darıxmaması üçün kifayət qədər iş görülüb. Şərq mentaliteti ilə çox sayda butik, qida qəbulu üçün yer və əyləncə mərkəzləri reys gözləyənlərin vaxt keçirməsi üçün əla fürsədir.

Lakin Qərb mentalitetindən də məharətlə istifadə edilib. Türkiyə hökuməti milyonlarla sərnişinin gəlib keçdiyi məkandan ölkəni tanıtmaq üçün bəhrələnir. Bu məqsədlə 2020-ci ildə aeroport daxilində muzey təşkil edilib. İstanbul Hava Limanı Muzeyi adlanan müəssisədə Türkiyənin 29 muzeyindən gətirilən eksponatlar nümayiş etdirilir. Min kvadrat metrlik mədəniyyət müəssisəsində antik heykələllər, qədim dövrün pulları, zinət əşyaları, Osmanlı dövrünün geyimləri, dini ədəbiyyat nüsxələri yer alır. Muzey həqiqətən gözəl qurulub, insanı bir anlıq qədim dövrə aparır.

Muzeyə sərnişinlərin cəlb edilməsi üsulu da maraqlıdır. A terminalında 2 antik heykəl qoyulub, annotasiyada isə daha yaxşılarını görmək üçün sərnişinlər muzeyə dəvət edilir.

Muzeyə giriş qiyməti baha (13 avro) olsa da, ziyarətçi sayı kifayət qədərdir. Mən burada kifayət qədər asiyalı ziyarətçiyə rast gəldim.

Muzeyi tərk edərkən bələdçidən azərbaycanlıların bura gəlib-gəlmədikləri barədə soruşdum. Cavab “nadir hallarda azərbaycanlı müsafirimiz gəlir” şəklində olur. Müqayisə üçün deyim ki, istanbuldan bakıya və əksinə hər gün bir neçə reys yerinə yetirilir. Əksər reyslərdə doluluq səviyyəsi 100 faizə yaxın olur.

PS. Belə bir muzeyi Heydər Əliyev Beynəlxalq Aeroportunda da təşkil edərək ölkəni tanıtmaq mümkündür. Bunun üçün kifayət qədər potensial mövcuddur.
Vüqar Yaşaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












