İstanbulda Türkiyə və Azərbaycana məxsus tankerlər TOQQUŞDU - RƏSMİ - YENİLƏNİB

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İstanbuldakı Küçükçəkməcə lövbər rayonunda baş verən hadisə ilə bağlı məlumat paylaşıb.
Bu barədə Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir.
"141 metr uzunluğunda "Kəlbəcər" adlı tanker və 115 metr uzunluğunda "Alatepe" adlı tankerin Küçükçəkməcə lövbər rayonunda toqquşması ilə bağlı məlumat daxil olduqdan sonra gəmilər sahilə yaxın olduğu üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsi ilə əlaqəli quru xilasetmə qrupumuz və "KURTARMA-9" yedək gəmimiz hadisə yerinə göndərilib", - deyə nazirlikdən bildirilib.
***14:11
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
***
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən təcili yardım çağırışı daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, xilasetmə qrupları hadisə yerinə göndərilib.













