Banner

İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu

Hadisə 11 Dekabr 2025 13:48 Oxunub 68
İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astarada Xəzər dənizinə balıq tutmağa çıxaraq itkin düşən iki balıqçının axtarışları davam etdirilir. Avtosfer.az xəbər verir ki, dekabrın 9-u səhər saat 08:00 radələrində dənizə çıxan Turan Həsənov və Ağadədə Həsənovdan həmin vaxtdan bəri xəbər yoxdur.

Hadisə ilə bağlı axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinə məxsus helikopter də cəlb edilib. Hazırda dəniz akvatoriyasında intensiv axtarışlar aparılır.

Qeyd edək ki, itkin düşən şəxslər qohumdurlar. Onlardan biri 1997-ci il təvəllüdlü Turan Həsənov, digəri isə 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh