“Jeep”də şou göstərən xanım sərnişin asfaltla bir oldu - VİDEO

Avtomobilin şüşəsini aşağı endirdi, əks istiqamətdə duraraq oynamağa başladı.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq əyalətində baş verib. Sürücünün həvəskar çəkilişi zamanı videoya düşən görüntülərdən də aydın olduğu kimi avtomobilin yan şüşəsindən çölə çıxan xanım sərnişin oynayaraq şou göstərib. Avtomobil hərəkət edə-edə göstərdiyi şounu ən pik həddə çatdıran sərnişin daha da əyilərək üzü asfalta dorğu əyilib. Bu zaman ağırlığı əyildiyi yola verən qadın müvazinətini itirərək başı üstə asfalta yıxılıb. Xoşbəxtlikdən o, yerə düşən zaman avtomobillər sürətli hərəkət etməyib, əksinə hadisənin fərqində olan sürücülər dayanaraq xanıma kömək etməyə çalışıblar.
Aldığı xəsarətdən xəstəxanaya yerləşdirilən qadın bir anda avtomobildə özünü saxlaya bilmədiyini və yıxıldığını bildirib. Xanımın timsalında sürücülərə və sərnişinlərə avtomobil hərəkət etdiyi zaman belə təhlükəli davranışlara yol verməməyə səsləyirik.
Nərmin Əkbər
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı








