Jurnalistin anasının ölümünə görə bu əsasla cinayət işi açılmayıb - RƏSMİ

Xəbər verdiyimiz kimi, jurnalist Fərahim Qasımovun anasının ölümü ilə bağlı prokurorluqdakı araşdırma başa çatıbvə cinayət işinin açılmasının rədd edilməsi barədə qərar çıxarılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, F.Qasımovun anası Bahar Qasımovanın ölümündə həkim səhlənkarlığı müəyyən edilməyib.
“1967-ci il təvəllüdlü Bahar Qasımovanın cari il martın 18-də paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunaraq rəylər əldə edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Zərərçəkmiş şəxsin barəsində məhkəmə-tibbi və tibb işçilərinin peşə fəaliyyətinə dair keçirilən məhkəmə-tibbi ekspertizalarının rəyinə və digər sübutlara əsasən Bahar Qasımovaya qoyulmuş diaqnozlar, həmin diaqnozlara uyğun təyin edilmiş, aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun həyata keçirilib, ona yeridilən dərman preparatlarının dozaları isə optimal olub.
Bahar Qasımovanın ölümündə tibb işçiləri tərəfindən səhlənkarlığa yol verilməsi təsdiq olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub”, - açıqlamada vurğulanıb.
(qafqazinfo)
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









