Kafedə taksi sürücüsü dava saldı, cərimə olundu

Abşeron rayonunda kafelərdən birində dava olub. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, hadisə aprelin 28-də Abşeronun Pirəkəşkül qəsəbəsində baş verib.
Qəbələ rayon sakini, 1995-ci il təvəllüdlü Bəhram Məlikov (ad-soyad şərti verilib – red.) qəsəbədə olan kafelərdən birində ictimai qaydanı pozub, səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən B.Məlikov bildirib ki, hadisəyə səbəb ona pul borcu olan dostu ilə telefonda mübahisə etməsi olub: “Dostumla telefonda danışarkən borcunu ödəməsini tələb etsəm də, dediklərimə əhəmiyyət vermədi. Beləcə əsəbləşərək, ona qarşı qeyri-etik sözlər dedim. Ətrafdakıların narahatlığına səbəb olan hərəkətlər elədim”.
B.Məlikov ifadəsində əməlindən peşman olduğunu, əvvəllər inzibati məsuliyyətə cəlb edilmədiyini bildirib. Qeyd edib ki, ailəsinin dolanışığını təmin etmək üçün taksi fəaliyyəti ilə məşğul olur. Himayəsində azyaşlı uşağın olduğunu da göstərib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə B.Məlikov 50 manat miqdarında cərimə olunub.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












