
“KamAZ”ın üzərindəki nömrəyə zəng edib: “Yüngül yol ver də, biz keçək” - VİDEO
Hadisə
10 Oktyabr 2023 20:20
Oxunub 354

Önə keçmək istəyən sürücü və sərnişin insanlarn təəccübünə səbəb olan davranış göstərib.
Avtosfer.az-ın məlumatına görə, insanlar tərəfindən maraqla qarşılanan hadisə sosial şəbəkələrdə geniş yayılıb. Görüntüdən aydın olduğu kimi, avtomobildə olan sərnişin öndə hərəkətdə olan yük maşınının üzərindəki əlaqə nömrəsinə zəng edərək onlara yol verməsini istəyib. Əlaqə nömrəsinin “KamAZ” sürücüsünə məxsus olduğunu eşidən sərnişin “İncimə, bizə yüngül yol ver də, keçək”, - deyə ona müraciət edib. Sürücü isə qarşılığında “Hara çıxım?” dəyərək sərnişinə cavab verib. Daha sonra sürət həddini aşan avtomobilin sürücüsü “KamAZ”ı ötərək yoluna davam edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR