Karqo ilə slikon qablarda gətirilən narkotik ələ keçirilib – FOTO + VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi İrandan karqo ilə slikon qablarda gətirilən narkotikin dövriyyəsinin qarşısını alıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli slikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib.
"Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Slikon qablarda aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


Qazaxda evin talvarı uçdu - İki avtomobilə ziyan dəydi - FOTOLAR
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO











