Kassadan 1 milyon dollar oğurlayan Eldara CƏZA VERİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyədə fəaliyyət göstərən şirkətin kassasından 1 milyon ABŞ dollarını mənimsəməkdə təqsirləndirilən Eldar Mamliyevə hökm oxunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə verilən hökmə əsasən, Eldar Mamliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, təqsirləndirilən şəxs 2018-ci ildən 2023-cü ilin oktyabrınadək İstanbulda yerləşən "Araz-Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi"ndə faktiki kassir kimi çalışıb. Ona qızıl-zinət əşyalarının alqı-satqısı, pul köçürmələri, nağd ödənişlər və şirkətin maliyyə əməliyyatlarına nəzarətlə bağlı geniş səlahiyyətlər verilib.
İstintaqla müəyyən olunub ki, şirkət rəhbərləri Türkiyədən kənarda olduqları vaxt müxtəlif ödənişlərin həyata keçirilməsi üçün kassada saxlanılan ümumilikdə 1 milyon dollar – həmin dövrün məzənnəsi ilə 1,7 milyon manat məbləğində vəsait təqsirləndirilən şəxsə etibar edilib. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust-oktyabr aylarında həmin vəsaiti hissə-hissə mənimsəyib. Onun 9780 ABŞ dollarını nağd xərclədiyi, 990 220 ABŞ dollarını isə istintaqa məlum olmayan yollarla Azərbaycana gətirərək həyat yoldaşının adına açılmış iki bank hesabına köçürdüyü müəyyən edilib. Sonradan həmin pullar kartlar vasitəsilə İstanbulda internet platformalarında ödənişli oyunlara və digər şəxsi məqsədlərə sərf olunub. 1 milyon ABŞ dollarının mənimsənildiyi müəyyənləşdirildikdən sonra yalnız 100 min ABŞ dolları geri qaytarılıb, qalan məbləğ isə ödənilməyib.
Araşdırma zamanı təqsirləndirilən şəxsin həyat yoldaşının adına açılmış bank hesablarına qısa müddətdə 1 milyonlarla manat vəsait daxil olduğu, həmin məbləğlərin demək olar ki, tam şəkildə çıxarıldığı da müəyyən edilib. Həmin bank hesablarına dair çıxarışlar və pulun qəbuluna dair qəbzlər cinayət işi üzrə maddi sübut kimi tanınıb.
Eldar Mamliyevə Cinayət Məcəlləsinin 12.1, 179.4-cü (Mənimsəmə, Azərbaycan Respublikası ərazisindən kənarda xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












