Keçidin altından yola qaçan qadın avtomobillərə təhlükə yaratdı - VİDEO

Hadisə 27 May 2024 18:00 Oxunub 186
Keçidin altından  yola qaçan qadın avtomobillərə təhlükə yaratdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Demək olar ki, hər gün piyadavurma halları qeydə alınır. Baş vermiş qəzaların bir qismi isə ölümlə nəticələnir. Lakin buna baxmayaraq qayda pozanlar kifayət qədərdir. Hətta yaxınlıqda keçid olsa belə yolun hərəkət hissəsini seçərək qəza təhlükəsi yaradırlar. 
Paytaxtın Atatürk prospektində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 25-də günorta saatlarında qeydə alınıb. Qadın piyada yolun hərəkət hissəsindən keçərək qəza riski yaradıb. Belə ki, avtobusdan düşən qadın  yolu qaçaraq keçir. Yaxınlıqda yerüstü keçid olsa da, piyada həm öz həyatını, həm də sürücüləri təhlükəyə atır. Xoşbəxtlikdən ehtiyatlı davranan sürücülər  ona yol verirlər. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh