Keçmiş DİN zabiti barədə qərar verildi

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, qərara əsasən, şikayət təmin olunmayıb.
Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən “Qara kəmər” əməliyyatı çərçivəsində tutulub. Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO











