Keçmiş direktorun "prava" dələduzluğu - Cəza verildi

2023-cü ildə ləğv edilmiş "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazrılığı" MMC-nin Xətai Rayon Sürücülük Məkətəbinin keçmiş direktoru R.Salmanov dələduzluğa görə məhkum edilib. Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə edilən R.Salmanova bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı iki gün müddət bir günə iki gün hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. İş materiallarından aydın olur ki, R.Salmanov Tacir adlı şəxsə sürücülük vəsiqəsi düzəldəcəyini vəd edərək onun atasından 1400 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Zərərçəkmiş R.Salmanovun zənglərə cavab vermədiyini aldadılıdğını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə R.Salmanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O həmçinin qeyd edib ki, dəymiş zərərin 300 manatını ödəyib. "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazrılığı" MMC Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərib. (Qaynarinfo)
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












