Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR

Keçmiş ər arvadının 1,6 milyon rubl dəyərində olan maşınını oğurlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk diyarında baş verib.
Belə ki, yerli sakin evinin qarşısında saxlanılmış avtomobilinin yoxa çıxması ilə bağlı polisə müraciət edib. Bundan sonra cinayət-axtarış əməkdaşları əməliyyata başlayıblar. Araşdırmalar nəticəsində nəqliyyat vasitəsinin oğurlanmasında zərərçəkənin 48 yaşlı keçmiş əri şübhəli bilinib.
Məlum olub ki, boşanma prosesindən sonra 1,6 milyon rubl dəyərində olan “Mazda” markalı avtomobilə mülkiyyət hüququ rəsmi olaraq qadına keçib. Lakin bu qərarla razılaşmayan kişi ehtiyat açardan istifadə edərək maşını dayanacaqdan götürüb və şəhər kənarında icarəyə götürdüyü qarajda gizlədib.
Polis əməkdaşları tərəfindən tapılan avtomobil müsadirə olunaraq sahibinə qaytarılıb. Faktla bağlı şübhəli şəxsə qarşı cinayət işi açılıb. Keçmiş əri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Namiq Musayev
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO















