Biləsuvarda 41 yaşlı şəxsi baltalayaraq qətlə yetirdilər - DETALLAR

Ötən ilin iyun ayında Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1971-ci il təvəllüdlü F.Həsənov Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə, qanunsuz azadlıqdan məhrumetmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Fəxrəddin Həsənov ailədə həyat yoldaşına qarşı da bir neçə dəfə zorakılıq əməlləri törədib.
Hadisəyə gəlincə, F.Həsənov yaşadığı qəsəbənin ərazisindəki çayxanada Bayram Bayramova qəfil yaxınlaşaraq balta ilə onun başına zərbə endirib. Ağır xəsarət alan 40 yaşlı keçmiş polis əməkdaşı hadisə yerində ölüb.
Məhkəmədə sənədlərin araşdırılması zamanı qətlə yetirilən B.Bayramovun hadisədən əvvəl daxili işlər orqanlarından xaric edilməsi də məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Həsənova 19 il həbs cəzası verilib.

Gəncədə maşınların utilizasiyası zavodunda yanğın: 3 avtomobil kül oldu - FOTO
İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO
Bərdədəki 40 min manatlıq oğurluğun VİDEOsu
İşıqforu gözardı edərək yolu keçən qadın övladını da təhlükəyə atdı - VİDEO
Etibar Məmmədovun villasından 32 min oğurlayıb Bilgəhdə qızlara xərclədi - Bağbanın oğlu
Bakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar - VİDEO
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Bakıda itkin düşən uşaq tapıldı - FOTO - YENİLƏNİB
"Jeep" sürücüsünü qarət edənlərə ağır cəza istənildi - VİDEO
Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə edildi - VİDEO
Prospektdə yaşlı kişi yaxınlaşan maşını görə-görə yolu keçdi - VİDEO










