Keçmiş polis məmuru qardaşı oğlunu güllələdi – Hadisə anı belə görüntüləndi - VİDEO

Türkiyədə torpaq üstündə mübahisə zəminində baş verən qətlin görüntüləri üzə çıxıb.
Təqaüddə olan polis məmuru Süleyman.C qardaşı oğlu İlyas Kütükü tapança ilə atəş açaraq öldürüb.
Hadisə anının hər saniyəsi təhlükəsizlik kamerasına düşüb.
İlyas Kütük qanlar içində yerə yıxılarkən, silah səslərini eşidən ətrafdakılar vəziyyəti sağlamlıq və polis qruplarına xəbər verib.
Hadisə yerinə gələn polis qrupları ətrafın təhlükəsizliyini təmin edərkən, ağır yaralı olduğu təsbit edilən Kütük hadisə yerində olan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Düziçi Dövlət Xəstəxanasına aparılıb.
İlyas Kütük xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Cinayətdə şübhəli bilinən Süleyman C. hadisəni törətdiyi silahı polisə təhvil verib və təslim olub./musavat
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB
Məşhur avtomobil markasının zavodu KÜLƏ DÖNDÜ
"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO
Gəncədə gənc qız falçıya 25 min verdi, aldadıldı: İnsanlar belə fırıldaqçılara niyə inanır? - AÇIQLAMA
Sürücülərin əl çəkmədiyi vərdiş - Yollarda hər gün yaşanan “zolaq xaosu” - VİDEO
Paytaxtda bu marşrut xətti üzrə gediş haqqı artırılıb? – “BakuBus”dan AÇIQLAMA- FOTO
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO
Bakıda Pakistan vətəndaşının başına iş gəldi - FOTO - VİDEO
Vəfat edən həkim generalın qardaşı imiş - FOTO
Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi
DTX səfirliyə terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO











