Keçmiş polis rəisi vəfat edib - FOTO

Keçmiş polis rəisi Zakir Kərimov 77 yaşında vəfat edib. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun həmyerliləri bildiriblər. 23 noyabr 1949-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulan Z.Kərimov 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub, 1971-ci ildə oranı bitirib.
1973-cü ildə hərbi xidmətini başa vurandan sonra fizika müəllimi işləyib.
1975-ci ildə DİN-in Kəlbəcər rayon milis şöbəsində inspektor kimi işə başlayıb, 1978-ci ildə SSRİ DİN-in Akademiyasının qiyabi şöbəsinə daxil olub, elə həmin ildə də Ağdam rayon milis şöbəsinə siyasi məsələlər üzrə rəis müavini təyin olunub.
1983-cü ildə Moskva şəhərində polkovnik rütbəsi alıb.
Zakir Kərimov 1987-ci ildə Gədəbəy rayon milis şöbəsinin rəisi təyin olunub, 1989-cu ilə qədər həmin vəzifədə çalışıb.
1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların itkisiz çıxmasına çalışıb.
1989-cu ildə Quba rayonu milis şöbəsinə rəis təyin olunub, 1992-ci ilə qədər həmin vəzifədə çalışdıqdan sonra ehtiyata çıxıb.
2003–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin yanğından mühafizə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi işləyib.
2009-cu ildə Məşhəd və Kərbəla, 2019-cu ildə isə Məkkədə Ümrə ziyarətində olub.
Zakir Kərimov 27 iyul 2026-cı ildə Gürcüstanda 77 yaşında vəfat edib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO













