Keçmiş qayınatasını öldürüb, avtomobillə üstündən keçdi, qayınanasını bıçaqladı

Şamaxı rayonunda qayınatasını xüsusi amansızlıqla öldürməkdə, qayınanasını isə bıçaqlamaqda təqsirləndirilən Elbrus Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Şeydayev 20 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində baş verib.
1995-ci il təvəllüdlü Elbrus Şeydayev 2022-ci ildə Nazlı Hüseynova ilə ailə həyatı qurub. Onlar ailə həyatı qurandan sonra Əngəxaran kəndində, Elbrusun anasına məxsus evdə yaşamağa başlayıblar.
Evləndikləri vaxtdan iki il keçməsinə baxmayaraq, cütlüyün övladı olmayıb. Elə bu məsələ də ailədə narazılıqlar yaradıb.
Prosesdə ifadə verən təqsirləndirilən şəxs Elbrus Şeydayev bildirib ki, övladlarının olmaması ilə bağlı qayınanası Püstə tez-tez onlara gələrək onun həyat yoldaşı Nazlı Hüseynovanın boşanmasını tələb edirmiş. 2024-cü ildə Püstə, həyat yoldaşı Əliağa Hüseynov və oğlu ilə gəlib, Nazlı Hüseynovanı götürüb Hökməli qəsəbəsindəki evlərinə aparıb. Elbrus Şeydayev dəfələrlə həyat yoldaşı ilə danışsa da, Nazlı Hüseynova evə qayırtmayıb və ondan boşanacağını deyib.
Nəhayət, bir müddət sonra ailə rəsmən boşanıb, Nazlı Hüseynova isə Elbrus Şeydayevin nömrəsini blok edib.
Hadisədən əsəbiləşən Elbrus qayınanasından qisas almaq qərarına gəlib. O, bir gün səhər saatlarında Əliağa Hüseynovun Əngəxaran kəndindəki evinin yaxınlığından keçərkən, həyət qapısının açıq olduğunu görüb. O, həyəti müşahidə edərkən kimsə qapını bağlayıb. Elbrus tam əmin olub ki, Əliağa Hüseynov və həyat yoldaşı Püstə Hüseynova həmin evdədirlər. O, dərhal evə gələrək özü ilə mətbəx bıçağı götürüb idarə etdiyi avtomobillə evin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində dayanıb, onların evdən çıxmasını gözləyib. Püstə Hüseynova ilə Əliağa Hüseynov evdən çıxıb dayanacağa gedərkən, Elbrus Şeydayev avtomobili onların üzərinə sürüb. Ər-arvad avtomobilin onları vuracağını görüb avtomobilin qarşısından qaçıb, kənara çəkiliblər. Bu vaxt Elbrus avtomobildən düşərək, əlindəki bıçaqla keçmiş qayınanası Püstə Hüseynovaya hücum edib. O, Püstə Hüseynovaya qarın nahiyəsindən bir neçə zərbə endirib. Bu vaxt orada olan qadının əri Əliağa Hüseynov daş parçaları ilə Elbrusa hücum edib. Elbrus isə qadını buraxıb Əliağa Hüseynova hücum edib və ona əlindəki bıçaqla bir neçə zərbə endirib. O, daha sonra idarə etdiyi avtomobilə əyləşərək hər iki şəxsi öldürmək üçün yaralıların üzərindən maşınla keçmək istəyib. Bu vaxt qadın hadisədən yayınsa da, Əliağa Hüseynov avtomobilin təkərləri altında qalaraq dünyasını dəyişib.
Hadisəni törədən Elbrus Şeydayev Şamaxı Rayon Polis Şöbəsinə gedərək təslim olub.
Hadisə nəticəsində 1979-cu il təvəllüdlü Əlağa Hüseynov hadisə yerində ölüb, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya isə yoldan keçən şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb, E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO
İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər - VİDEO
Qatarda qaz bombası partladan gənc 12 nəfəri yaraladı - FOTO
“Kontakt Home” yenə vətəndaşı aldatdı; görün müştəriyə nə satıblar – ŞİKAYƏT - VİDEO
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO
Qəfil maşının qabağına çıxan piyada son anda ağır qəzadan qurtuldu - VİDEO
Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı – ŞİKAYƏT - FOTO
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başına görün nələr gəldi - VİDEO
Cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO










