Keçmiş şöbə müdirinə qarşı dələduzluq - 26 min pul verdi

Xocavənd Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şəfahət Yusifov dələduzluqla üzləşib. Avtosfer.az-ın "Qayunarinfo"ya istinadən məlumatına görə, Şəfahət Yusifova qarşı dələduzluq edən Nicat adlı şəxs olub. Həmin şəxs vaxtilə prokurorluq orqanlarında çalışıb. 2021-ci ildə işdən çıxarılıb. Şəfahət Yusifov həmin şəxsdən müəllim işləyən övladlarını sertifikasiya imtahanından keçirməyi və xanımını Xocavənd rayonu, Xocavənd kəndində 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa etdirməyi xahiş edib. Nicat görüləcək işlərin müqabilində Şəfahət Yusifovdan 26 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nicatı tapmaq mümkün olmadığına görə barəsində axtarış elan olunub. Bir müddət sonra Nicat Bakı ərazisində saxlanılaraq Ağcəbədi Rayon Polis Şöbəsinə təhvil verilib. Məhkəmə prosesi zamanı Nicat verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş zərərin 16 000 manatını qaytarıb, yerdə qalan hissəsini qaytaracağına söz verib. Şəfahət Yusifov da məhkəmə zamanı Nicatla barışıq əldə etdiyi bildirib. Məhkəmənin hökmü ilə Nicata 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Nicatın barəsində bundan əvvəl Nərimanov Rayon Məhkəməsi hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən, 5000 manat cərimə cəzası isə tam toplanılmaqla ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 4600 manat miqdarda cərimə cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanılığı ümumilikdə 5 ay 20 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzasından çıxılıb və üzərində qəti olaraq 2 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4600 manat cərimə cəzası saxlanılıb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












