Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - RƏSMİ - VİDEO
Kəlbəcərdə ölmüş heyvanların sosial şəbəkələrdə yayılmış görüntüləri ilə bağlı araşdırma başlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başladılıb:
"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq".
Həmçinin, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Report"a bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
***
Sosial şəbəkədə Kəlbəcərdə öldürülmüş dağ keçirlərinin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, Kəlbəcərin köhnə tunel ərazisində çəkilən görüntülərdə dağ keçilərinin yerə sərilmiş cəsədləri əks olunub.
Videonu çəkən şəxs bu keçilərin ovçular tərəfindən qanunsuz vurulduğunu bildirir.
Dağ keçilərinin cəsədlərinin yerdə qalmasından belə görünür ki, başabəla ovçular qorxub tələsik qaçıblar.
Qanuna əsasən sərhədyanı (və ya cəbhə zonasına yaxın ərazilərin) rayonların ərazilərində, işğaldan azad olunmuş bütün ərazilərdə ov edilməsi qadağandır.