Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Bakıda avtomobil qaçırılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında qeydə alınıb.
24 yaşlı Bahadur Qasımov (şərti adla) gecə saatlarında vintaçanla “Mercedes-Benz” markalı avtomobilin arxa şüşəsini sındıraraq, qapıları aça bilib. Daha sonra sürətlər qutusunun yanındakı ehtiyat açarla nəqliyyat vasitəsini işə salaraq, qaçırıb.
Zərərçəkənin şikayəti əsasında Bahadur polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gecə saatlarında taksi ilə yaşadığı Bülbülə qəsəbəsindən “Həzi Aslanov” metro stansiyasına gəlib. Oğurluq etmək üçün əlverişli şərait axtarıb. Təxminən saat 3 radələrində Çingizxan Kərimov küçəsində binanın həyətində “Mercedes-Benz C klass” markalı avtomobilin dayandığını, salonunda isə qatıq, süd, yumurta, pendir, alça, pomidor, xiyar və sair kənd təsərrüfatı məhsullarının olmasını görüb. Həmin vaxt avtomobildə olan kənd təsərrüfatı məhsullarını oğurlayaraq satıb pul əldə edə biləcəyini düşünüb. Lakin onların hamısını tək apara bilməyəcəyindən avtomobili də qaçırmaq qərarına gəlib.
Bundan sonra ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra üzərində olan vintaçan vasitəsi ilə avtomobilin arxa sol qapısının kiçik şüşəsini sındırıb həmin qapını açıb. Daha sonra sükan arxasında əyləşib və sürətlər qutusunun yanından tapdığı açarla mühərriki işə salaraq oradan uzaqlaşıb. Avtomobildə olan məhsulları satdıqdan sonra avtomobili başqa bir ərazidə saxlayıb və açarı sürətlər qutusunun yanına qoyaraq oradan uzaqlaşıb gedib.
Bahadur Qasımov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Zərərçəkən şəxsin sözlərinə görə isə avtomobili ilə kənd məhsulları satmaqla dolanır. O bildirib ki, hadisə zamanı nəqliyyat vasitəsinə dəyən ziyan ödənilməyib və şikayətçidir.
Məhkəmənin qərarı ilə B. Qasımov 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib./lent.az
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












