Kənddə 5 nəfəri öldürüb yandırdılar

Meksikanın Oaxaka ştatının dağlarında yandırılmış avtomobildən beş nəfərin meyiti tapılıb. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanları hesab edir ki, Llyano-Amarillo kənd sakinləri beş nəfəri döyərək öldürüblər və cəsədlərini yandırıblar. Prokurorluğun məlumatına görə, qətllərin bazar ertəsi baş verdiyi güman edilir, lakin kriminalistlər qalıqların identifikasiyası və ölüm vaxtının dəqiq müəyyən edilməsi üzərində hələ də işləyirlər. İlkin məlumatlara əsasən, həmin beş nəfər bazar ertəsi ştatın paytaxtından təxminən 200 kilometr uzaqlıqda yerləşən dağ kəndinə bir qadından yüksək faizlə kredit almaq üçün gəliblər. “Associated Press“ yazır ki, bu cür linç hadisələri Meksikada zaman-zaman baş verir, xüsusilə də hakimiyyətin təsirinin az olduğu ucqar bölgələrdə belə hallar daha çox müşahidə olunur. Məsələn, mart ayında Oaxakanın başqa bir şəhərində kütlə bir kişini uşaq zorlamasında ittiham etdikdən sonra onu öldürərək yandırıb. Ötən il isə Gerero ştatının Tasko şəhərində qız uşağının oğurlanması və qətlində ittiham olunan qadın kütlə tərəfindən öldürülüb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












