"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanıldı

"Kəpəz" futbol klubunun oyunçusu Veysəl Rzayevi bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş
Xatırladaq ki, V.Rzayev yaxın dostu və iki xanım tanışı ilə birlikdə restoranlardan birində əylənirmiş. Onlar səhər saatlarında xanımları evlərinə yola salarkən Müseyib Bağırov küçəsində insident baş verib.
Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












