Kəşfiyyatçı Xanı minaya düşərək həlak olub - VİDEO

Ağdam rayonunda mina hadisəsi baş verib Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar. Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub. Məlumata görə, hadisə Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində baş verib. Hazırda aidiyyatı qurumlar hadisə yerinə cəlb olunaraq meyitin ərazidən çıxarılması üçün çalışırlar.
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib










