Kiberdələduzlar vətəndaşın 35 min manatdan çox pulunu mənimsəyiblər - VİDEO

Hadisə 11 Avqust 2024 20:25 Oxunub 3042
Kiberdələduzlar vətəndaşın 35 min manatdan çox pulunu mənimsəyiblər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kiberdələduzlar bir müddət öncə vətəndaşı saxta investisiya saytı adı ilə aldadaraq 35 min manatdan çox pulunu mənimsəyiblər.

Avtosfer.az xəbər verir ki, vətəndaş özü həmin məbləği kriptovalyuta vasitəsilə dələduzlara göndərib və qazanc əldə edəcəyini düşünüb. Ancaq qısa müddət sonra aldadıldığını anlayıb.

"Beynəlxalq kibercinayətkarlıqla mübarizə idarəsi" adı altında vətəndaşa dayanmadan zənglər gəlməyə başlayıb. Ona pulunun guya geri qaytarılacağı deyilib. İtirdiyi 30 min manatı geri almaq üçün ümidlənən vətəndaş bu dəfə isə kart məlumatlarını həmin şəxslərə verib. Nəticədə isə nəinki pulu geri qayıdıb, əksinə, cinayətkarlar onun kartında olan 5400 manatı da oğurlayıblar.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara bu cür vədlərə aldanmamağı tövsiyə edir. Bildirilir ki, bu məlumatların paylaşılması ciddi maliyyə itkilərinə səbəb ola bilər.

Qeyd edək ki, son bir neçə ayda kiberdələduzlar vətəndaşlara milyonlarla manat ziyan vurublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh