Kiberpolis haker şəbəkəsini ifşa etdi - VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ
Bakıda məktəbli DÜNYASINI DƏYİŞDİ - SƏBƏB - FOTO
Sürücünün ürəyi tutdu, sükan arxasında ÖLDÜ
Avtomobillə müəlliməni öldürən şəxsə hökm oxundu - 3 il azadlıqdan məhrum edildi - FOTO
Qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi
Hökməli dairəsində yol çöküb; qəza riski artır – VİDEO
"Texniki nasazlıq faciəyə səbəb ola bilər" - DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
On bir lüks avtomobil müsadirə edildi - 65 milyon dəyərində










