Killer sabiq polis rəisinə atəş açdı – Bəxti gətirdi, ölmədi - VİDEO

Hadisə 16 Fevral 2025 20:20 Oxunub 3688
Killer sabiq polis rəisinə atəş açdı – Bəxti gətirdi, ölmədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnquşetiyada Karabulak şəhərinin keçmiş polis rəisinə sui-qəsd edilib. Onu ölümdən qatilin tıxanmış tapançası xilas edib.

Avtosfer.az "AzPost"a istinadən bildirir ki, hücum fevralın 15-i axşam saatlarında vilayətin Sunjenski rayonunda baş verib. İlez Nalgiyev mühafizəçi ilə birlikdə maşınına tərəf gedən zaman  yaxınlıqda dayanmış “Lada”dan əlində səsboğucu tapança olan maskalı naməlum şəxs maşından düşüb.

Nalgiyevi ölümdən möcüzə xilas edib: Qatilin əlində tapança açılmayıb. Uğursuz sui-qəsd cəhdindən sonra qatil şəriklərinin onu gözlədiyi “Lada”ya minib, sonradan maşını yandırıblar.

Sabir polis rəsisi Nalgiyev yaralanıb və hazırda xəstəxanadadır. Hüquq-mühafizə orqanları cinayətkarları axtarır.

2012-ci ildə Nalgiyev Çeçenistan vətəndaşına işgəncə verdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. İttiham tərəfinin fikrincə, Nalgiyev ona və bir neçə başqa şəxsə işgəncə verib, onları terror aktında iştiraka görə günahı öz üzərlərinə götürməyə məcbur etmək istəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh