Kimyaçılar qəsəbəsi zibil poliqonuna çevrilib - Sumqayıtda - VİDEO
Hadisə 21 Avqust 2022 23:35 Oxunub 648
Kimyaçılar qəsəbəsi zibil poliqonuna çevrilib - Sumqayıtda   - VİDEO

Sumqayıtda məişət tullantıları yaşayış evlərinin yaxınlığına atılır.

 

Xezerxeber.az-ın məlumatına görə, Kimyaçılar qəsəbəsində böyük bir ərazi zibil poliqonuna çevrilib.

 

Sakinlər belə vəziyyətin uzun illərdir davam etdiyini deyirlər. Onlar iddia edirlər ki, nə qədər müraciət edilsə də, problem öz həllini tapmayıb.

 

Əraziyə nəzarət edən bələdiyyənin 1 saylı məhəllə komitəsi Kimyaçılar qəsəbəsində ''Bazar Düzü'' məhəlləsinin zibilliyə qərq olmasında sakinləri günahlandırıb.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, əraziyə baxış keçirləcək və problemin həlli üçün lazım olan tədbirlər görüləcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh