Kirayə pulu verməkdən BEZDİ, 16 il MAĞARADA YAŞADI

Hadisə 8 Mart 2023 08:27 Oxunub 1436
Kirayə pulu verməkdən BEZDİ, 16 il MAĞARADA YAŞADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-da Suelo kimi tanınan Daniel Şellabarger kirayə haqqını ödəməkdən bezdiyi üçün müasir şəraitdən imtina edərək mağarada yaşamağa başlayıb.

Həmin şəxsi yaşadığı yerə görə pul ödəməli olduğu həyat tərzi onu qane etməyib.

Bunu qəbul etmək əvəzinə o, bir növ mağara adamı olmağa qərar verib. Suelo kimi tanınan Daniel Şellabarger Yuta ştatının Moab yaxınlığındakı mağarada sadəcə 16 il yaşamayıb, digər müasir rahatlıqlardan da imtina edib. Xüsusilə də, puldan.

“Cibimdən pulu çıxardım və Pensilvaniyadakı bir telefon köşkünə getdim, üstünə qoydum və düşündüm ki, kimsə onu alacaq. Bunu edəndə bu, mənim üçün həqiqətən mistik idi, bayıra çıxdım və başıma ilıq su tökülən kimi sadəcə azadlıq hiss etdim "deyə həvəskar qeyd edib.

Bəs, 16 ildə necə sağ qalıb?

Məlum olub ki, bu işdə ona zibil qablarından və yollardan tapdığı əşyalar, mağarasının yaxınlığında yetişdirdiyi tərəvəzlər kömək edib. Kişi etiraf edib ki, pulsuz yaşamaq çətin deyil, çünki insanlar çox şeyi atırlar. Onun sözlərinə görə, zibil qutularından yediyi heç nə onu xəstələndirməyib.

Suelo heç vaxt qida, pul və ya hökumət dəstəyinin olmadığını söyləyib. Lakin o, bloqunu idarə etmək üçün kitabxananın kompüterindən istifadə edib. Shellabargerin sözlərinə görə, o, müasir həyatından çox depressiyaya düşdüyü üçün həyatını belə köklü şəkildə dəyişməyə qərar verib. Keçmiş həyatında o intihar etmək barədə çox düşünürmüş.

Lakin o, yaşlı valideynlərinə baxmaq lazım olduğu üçün 2016-cı ildə müasir sivilizasiyaya qayıtmaq məcburiyyətində qalıb. Amerikalı deyir ki, mağarada yaşadığı müddətdə azadlıq qazanıb, depressiyadan xilas olub. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh