Kişi başqa qadınla telefonla danışdı, arvadı tutdu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İman Səfərov cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 5 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, İman Səfərov evdə olarkən həyat yoldaşı, zərərçəkmiş Günay Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə isə arvadının ona telefonla başqa qadınla ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirməsi olub. Bu zaman təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edib qəsdən əl, yumruq, təpik zərbələri ilə onun əl, qol, sifət, baş, kürək, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.
Daha sonra Günay Səfərova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onlar barışıblar və qadın ərindən şikayətçi olmadığını bildirib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












