Kişi özündən 9 yaş böyük qadına dəhşət yaşatdı - VİDEO

"Telegram"da tanış olduğu qadınla cinsi əlaqədən sonra onu öldürməyə cəhd edən şəxsə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Nizami Rayon Prokurorluğunda xuliqanlıq məqsədilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılan hadisə 2021-ci il iyulun 16-da qeydə alınıb. Çox sayda bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 1988-ci il təvəllüdlü şərti adı Gülnar Ağayeva olan qadının həyatını həkimlər xilas edə biliblər. 1997-ci təvəllüdlü şərti adı Bəhmən Quliyev olan şəxs Nizami Rayon Polis İdarəsinə gələrək, sözügedən cinayəti törətdiyini etiraf edib. Anket məlumatlarına əsasən, o, Rusiyanın Tümen vilayətində anadan olub, əvvəllər məhkumluq həyatı yaşamayıb.
İstintaqla müəyyən edilib ki, iyulun 16-da saat 17 radələrində şərti adı Bəhmən Quliyev olan şəxs "Telegram"dan tanış olduğu qadının kirayədə yaşadığı evə gəlib. Onunla cinsi əlaqədə olduqdan sonra qadın aralarında yaranan narazılığa görə təkrar cinsi əlaqədə olmaqdan imtina edib və ondan çıxıb getməsini tələb edib. Bunu bəhanə edən Bəhmən Quliyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən götürdüyü bıçaqla mənzilin dəhlizində Gülnar Ağayevanın bədəninin müxtəlif nahiyələrinə 9 bıçaq zərbəsi vurub. Zərərçəkən müqavimət göstərərək giriş qapısından bloka çıxıb, qonşuları köməyə çağırıb.
Bunu görən Bəhmən Quliyev pəncərədən tullanaraq, hadisə yerindən qaçıb. Təcili Tibbi Yardım briqadası tərəfindən vaxtında xəstəxanaya çatdırılan Gülnar Ağayevanın həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhmən Quliyev xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürməyə cəhd maddələri ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu









