Banner

Klub prezidentini öz avtomobilində GÜLLƏLƏDİLƏR

Hadisə 17 Oktyabr 2025 15:06 Oxunub 228
Klub prezidentini öz avtomobilində GÜLLƏLƏDİLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus güllələnib.

Avtosfer.az xarici mediaya istinadla bildirir ki, hadisə Limassol avtomagistralında baş verib. Naməlum motosikletçi Dimostenusun avtomobilinə atəş açıb. Hadisədən əvvəl mikroavtobusla onun maşınının qarşısını kəsiblər.

“Karmiotissa” klubunun prezidenti aldığı güllə yaralarından tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerində polis əməkdaşları işləyir, magistral yol bağlanıb.

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən Kiprin “Karmiotissa” klubu ölkə çempionatının birinci divizionundan aşağı liqaya düşüb.(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh