Banner

Kocaelidə saya oturan gəminin ekipajı xilas edildi - VİDEO - YENİLƏNİB

Hadisə 18 Sentyabr 2025 13:48 Oxunub 260
Kocaelidə saya oturan gəminin ekipajı xilas edildi - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Kocaeli vilayətində saya oturan yük gəmisinin xilas edilməsi üçün fövqəladə vəziyyət protokolu işə salınıb.

Avtosfer.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəsmi açıqlama verib.

Nazirlikdən bildirilib ki, gərgin səylər nəticəsində gəminin göyərtəsində olan yeddi ekipaj üzvünün hamısı Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Komandanlığına məxsus helikopterlə təhlükəsiz şəkildə təxliyə edilib.

Həmçinin qeyd edilib ki, hadisə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə nəzarət altındadır.

***

Türkiyənin Kocaeli vilayətində Tanzaniya bayraqlı, 81 metr uzunluğunda quru yük gəmisi əlverişsiz hava şəraiti səbəbindən Kefken sahillərində saya oturub.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə "TRT Haber" nəşri məlumat verib.

Hadisə yerinə Sahil Təhlükəsizliyi Baş İdarəsi, Sahil Mühafizəsi Komandanlığı, Regional Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD), jandarma və yanğınsöndürən qrupları cəlb edilib.

Göyərtəsində yeddi nəfər ekipaj üzvü olan gəminin xilas edilməsi üzrə işlər davam edir.(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh