Kofe şopdan 143 manatlıq oğurluğa görə 2,6 il həbs

Yasamal rayonu Hüseyn Cavid prospekti 28E ünvanında fəaliyyət göstərən "More Cup” adlı kofe şopda oğurluq baş verib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, kofe şopdan 128 manat nağd pul və 15 manat dəyərində fincan oğrulanıb. Kofe şopa ümumilikdə 143 manat maddi ziyan dəyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü ( Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdərmirovun sədrliyi ilə aparılıb. Müttəhim verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, kofe şopdan yalnız pul oğurlayıb. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












