Köhnə sistemin doğurduğu faciə: 294 ölü, 1200 yaralı - FOTO

Hadisə 24 İyun 2024 18:00 Oxunub 600
Köhnə sistemin doğurduğu faciə: 294 ölü, 1200 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanda kütləvi tələfatla nəticələnən dəmir yolu qəzaları barədə tez-tez eşidirik. Bunun səbəbləri də sirr deyil: Britaniya müstəmləçəçiliyindən miras qalan yollar, qatarlar, əllə idarə edilən işarəvermə və s. Doğrudur, son illərdə müəyyən yeniliklər olsa da, sistemi tam düzəltmək mümkün olmayıb. bəzi ərazilərdə 19-cu əsrdən qalmış yol və avadanlıqlar da istifadə edilir.

Avtosfer.az xəbər verir ki, Hindistan tarixinin ən ağır dəmir yolu qəzalarından biri 2 iyun 2023-cü ildə Odişa ştatında qeydə alınıb. Xarici media hadisəni aşağıdakı kimi təsvir edir:
Təxminən 130 km/saat sürətlə gələn ekspres qatar əsas yola deyil, köməkçi yola girərək hərəkətə davam edir. Bu zaman həmin yolda dayanan filiz yüklü qatara çırpılır. Hadisə nəticəsində vaqonlar aşaraq digər yolu bağlayır. Qarşı tərəfdən 115 km/saat sürətlə gələn sərnişin qatarı da relsin üzərinə aşmış vaqonlara çırpılaraq yoldan çıxır. Qəzada 294 nəfər ölür, 1200 nəfər xəsarət alır. Qəza baş verən ərazidə hərəkəti 3 gün sonra bərpa etmək mümkün olur.
Qəzaya səbəb kimi elektron bloklama sisteminin bir gecə əvvəl dəyişdirilməsi göstərilir. Lakin bu dəyişmənin səbəbi barədə heç bir açıqlama verilmir. Xüsusi xidmət orqanlarının apardığı təhqiqatın nəticəsi məlum deyil.  

Hindistan dəmir yollarında ştatlardan asılı olaraq 4 müxtəlif en tətbiq edilir. Bu da qatarların 1 xətdən digərinə keçməsinə mane olur. 
2008-ci ildə başlanan islahatın 2020-ci ildə başa çatdırılması nəzərdə tutulsa da, iş bitməyib. Hazırda ölkədə sərnişin qatarlarının sürətinin artırılması üzərində iş gedir. 
Ciddi tənqidlərə məruz qalsa da, Hindistanda dəmir yolu iqtisadiyyatın bir hissəsidir. Ümumi uzunluğu 63 000 kilometrdən çox olan dəmir yolları ilə hər il 6 milyard sərnişin və 350 milyon ton yük daşınır.
İşin mədəni tərəfinə gəlincə: Hindistanın 19-cu əsrdə salınmış dağ dəmir yolları 21-ci əsrdə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu yollarda paravozlardan istifadə edilir. Həmin yolların müasirləşdirilməsi ümumiyyətlə mümkün hesab edilmir və buna ehtiyac da yoxdur.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh