Kömək istəmək adı ilə iki yeniyetməyə qarşı soyğunçuluq etdi - VİDEO

Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaiti və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.
Avtosfer.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Daha sonra zərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb. Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Keçidi görüş yerinə çevirən piyadalar hərəkəti ləngitdi - VİDEO
Bibiheybət məscidinin yaxınlığındakı yolda TƏHLÜKƏ - Maşına ziyan dəydi - VİDEO
Oğurladığı pulla bazarlıq edən cibgir kameraya düşdü; polis həbs etdi - VİDEO
Narkotikin təsiri altında yol polisini döydü - Həsənov həbs olundu - FOTO
Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO
Avtomobillərdən oğurluq edildi – Polis keçmiş məhkumu saxladı
Şəmkirdə baş verən cinayətin üstü açıldı: 69 yaşlı qadın qəsdən öldürülüb
Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama - VİDEO
Tərtərdə at əti satmağa hazırlaşan dəstə ifşa olundu – Bakıya gətirirmişlər - FOTO
Ayağı velosipedin pedalına sıxışan uşaq belə xilas edildi - VİDEO
Maskalı şəxslər zərgərlik mağazasından 1 kq qızıl oğurlayıb motosikletlə qaçdı - VİDEO










