Kömək istəmək adı ilə iki yeniyetməyə qarşı soyğunçuluq etdi - VİDEO

Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaiti və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.
Avtosfer.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Daha sonra zərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb. Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












