Köməksiz qalan qadın belə xilas edildi - VİDEO

Hadisə 24 İyun 2024 14:37 Oxunub 158
Köməksiz qalan qadın belə xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi adlanan ərazidə 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olublar.

Mənzilə baxış zamanı xəstə olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1965-ci il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh