Kompleksin həyətini su şüşələriylə zibilləyə çevirən sürücü - 99-KO-561 - VİDEO

Hadisə 13 Avqust 2024 15:54 Oxunub 264
Kompleksin həyətini su şüşələriylə zibilləyə çevirən  sürücü - 99-KO-561   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA 2” Yaşayış Kompleksində xoşagəlməz mənzərə qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri görüntünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. O, bildirib ki, 99-KO-561 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin  avtobusunun sürücüsü yaşayış kompleksinin yaşıllıq ərazisini zibilləyib. Belə ki, o, avtobusun içini təmizləyən zaman istifadə olunmuş su şüşələrini kütləvi şəkildə çəmənliyə tullayıb. Şikayətçinin iddiasına əsasən, ərazidən 15 metr məsafədə zibil konteynerlərinin olmasına baxmayaraq sürücü dəfələrlə eyni əməli törədib. 

Qeyd edək ki, ətraf mühiti çirkləndirən şəxslərə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələr tətbiq olunur.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh