
Kondisioneri yandırmayan sürücü sərnişinləri qəzəbləndirdi - VİDEO
Hadisə
9 Oktyabr 2023 18:40
Oxunub 486

Sosial şəbəkələrdə avtobus sürücüsü ilə sərnişinlərin mübahisəsi müzakirə mövzusuna çevrilib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə bir neçə gün əvvəl “BakuBus” MMC-yə məxsus avtobuslardan birində baş verib. Belə ki, sərnişin sürücüdən kondisioneri yandırmasını istəyib və qarşılığında yox cavabını alıb. Nəticədə əsəbiləşən sərnişin sürücü ilə mübahisə etməyə başlayıb. Getdikcə yüksələn davaya digər sərnişinlər də müdaxilə ediblər. Sürücü isə aidiyyəti qurumun kondisioneri yandırmamaları tələbini qoyduqlarını qeyd edib və əks halda cərimələnəcəyini vurğulayıb. Lakin daha sonra o, avtobusun kondisionerində problem olduğunu və isti hava ötürdüyünü söyləyib. Müxtəlif bəhanələr gətirən sürücü sərnişinləri daha da qəzəbləndirib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR