Könül Həmzəyeva saxlanıldı

Hadisə 11 Mart 2026 23:00
Könül Həmzəyeva saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Könül Həmzəyeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə

O, külli miqdarda dələduzluqda ittiham olunur. Bir neçə gün əvvəl K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

Qeyd edək ki, bir ay əvvəl tanınmış influenserlər Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət ediblər. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildiriblər.

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh