Koreyadan avtomobil gətirmək adı ilə evlənəcəyi qızı aldatdı – Maşın alverçisinin MƏHKƏMƏSİ

Bakıda qadına qarşı dələduzluq edilib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, maşın alqı-satqısı ilə məşğul olan 32 yaşlı Natiq Əsədov (soyad şərtidir) il yarım əvvəl “McDonalds” restoranında Sahilə adlı qızla tanış olub. Onunla Sahilə arasında münasibətlər get-gedə ciddiləşib və Natiq qızı ailə quracaqlarına inandırıb. Sahilə tanışlıqdan əvvəl “Ford Fusion” markalı avtomobilini satdığı üçün işi ilə əlaqədar yeni nəqliyyat vasitəsi almaq istəyib. Natiq bu işdə ona kömək olacağını və Koreya Respublikasından 2018-ci ilin “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə söz verib. Bunun üçün qızdan 18 min manat pul alıb. Daha sonra özünə cinayət işi başlanıldığını və işə xitam verilməsi üçün vəzifəli şəxslərə pul ödəməli olduğunu deyib. Bu yolla da Sahilədən 20 min manat pul alıb. Sonradan aldandığını görən zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə Natiq Əsədov saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub. İstintaq dövründə Natiq Sahilə ilə barışıb və dəymiş ziyanın 25 faizini ödəyib. Buna görə də, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Natiq Əsədov barəsində açılan cinayət işinə xitam verilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












