Körpəsi ilə tapılan qadın oğlan tərəfindən tərk edilibmiş: Qaldıqları kafe isə ancaq gecələr işləyir - VİDEO

24 yaşlı ana və 15 günlük körpəsinin baxımsız vəziyyətdə olması ilə bağlı 15 iyul tarixində Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinə telefon zəngi daxil olub. Məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılıb, köməksiz vəziyyətdə qalan ana və uşaq polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə obyektdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, qadın sözügedən ərazidə yaşamayıb, qidalanma məqsədilə obyektə gəlirmiş. Bildirilib ki, kafe sahibi qadın və uşaq çətin vəziyyətdə olduğu üçün onlara yardım göstərib.
"Bir uşaqla gəlmişdi, dedi ki, əkiz olublar, biri rəhmətə gedib. Əslən Naxçıvandan idi. Dedi ki, bir oğlanla birlikdə bura gəlib. Oğlan qızı burada atıb gedib", - hadisə şahidi deyib.
Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, uşaq müalicə prosesinin ardınca aidiyyəti üzrə körpələr evinə yerləşdiriləcək.
Ətraflı süjetdə:
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO










