"Körpü Bina Tikinti"nin layihəsində FACİƏ: İşçi yük maşınının altında qaldı

Muğanlı-İsmayıllı-Qəbələ magistral avtomobil yolunun tikintisi zamanı ölüm hadisəsi baş verib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, layihə məşhur "Körpü Bina Tikinti" MMC tərəfindən icra edilir.
Layihənin icrası zamanı yük maşının aşması nəticəsində podratçı şirkətin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib.
Ölən şəxs "Körpü Bina Tikinti" MMC ilə podrat müqaviləsi bağlamış şirkətin əməkdaşı Firavan Hacıbalayev olub.
"SHACMAN" markalı yük maşınının Etibar adlı sürücüsü tikinti yerinə çay daşı gətirən zaman maşınlardan yükün boşaldılmasına Firavan Hacıbalayev nəzarət edib. Hadisənin baş verməsinə səbəb yükün boşaldıldığı ərazidə havanın yağışlı, torpaq səthinin yumşaq olması olub. Sürücünün idarəetməni itirməsi ilə yük maşını aşıb və Firavan avtomobilin altında qalaraq dünyasını dəyişib.
Sürücü Etibar baş verənlərə görə peşman olduğunu deyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Mərhumun ailəsinə dəymiş zərər ödənilib və barışıq əldə edilib. Məhkəmənin hökmü ilə sürücü beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq cəzası iki il sınaq müddəti ilə şərti hesab edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












