Körpüdə qəzaya səbəb olan avtomobil şahə qalxdı; sürücü və sərnişin yaralandı - VİDEO

Türkiyənin Tekirdağ şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil maneəyə çırpıldıqdan sonra dik vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında Tekirdağın Muratlı rayonu ilə Kırklarelinin Lüleburgaz rayonunu birləşdirən magistral yolda, Büyükkarıştıran qəsəbəsi yaxınlığında qeydə alınıb. Sürücünün idarə etdiyi 59-ALP-120 nömrə nişanlı avtomobilin idarəetməsini itirməsi nəticəsində yol kənarındakı maneələrə çırpılıb. Güclü zərbədən sonra avtomobil dik vəziyyətdə qalıb və qısa müddət sonra sürüşərək düzgün istiqaməti bərpa edə bilib. Nəticədə sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və xilasedici qruplar cəlb olunub. Yaralılar Tekirdağ İsmail Fehmi Cumalıoğlu Şəhər Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Eltac Zülfüqaroğlu
Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı – ŞİKAYƏT - FOTO
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başına görün nələr gəldi - VİDEO
Cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO
Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi - FOTO - YENİLƏNİB
Sürücülük imtahanından kəsilən gənc atası ilə təlimçini döydü - VİDEO
Polis Bakıda cibgirlik edən ağsaqqalı kamera görüntüləri ilə tutdu - ANBAAN VİDEO
Ölən qadının borclarını 9 yaşlı uşaq ödəyəcək - Məhkəmədən ŞOK QƏRAR
Məzahir Pənahovun oğlu keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq - SİYAHI
Kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar - VİDEO
Qırmızıda yolu qaçaraq keçən kişi sürücünü qəza təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Bakıda qardaş qardaşı tüfənglə vurub öldürdü










